Kultivasiya yolu ilə yetişdirilən çətənə kolu aşkar edilib 

  • Müəllif: admin
  • 16 Avqust 2017 14:02

cetenek1

Sabirabad rayon sakinindən narkotik vasitələr götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaratəpə kənd sakini Ramil Əhmədovdan 0,1 qram heroin götürülüb.

Onun həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən 23 ədəd, evinə baxış zamanı 7 ədəd çətənə kolu və 3 kioqram 200 qram marixuana aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info