Kürdə suyun səviyyəsi iki metrə qədər aşağı düşdü - FOTOLAR

  • By admin
  • 02 Sentyabr 2019 14:34

Kür çayında suyun səviyyəsi iki metrə qədər aşağı düşüb. 

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, havaların isti keçməsi çayın aşağı axınında suyun səviyyəsinin xeyli azalmasına gətirib çıxarıb.

Əsasən, azalma Kürün Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində daha çox müşahidə olunur.

Cənub Regional Hidrometeoroloji Mərkəzinin Neftçala Hidrometeoroloji stansiyasından Oxu.Az-a verilən məlumata görə, təkcə iyul-avqust aylarında Kür çayında suyun səviyyəsi Salyanda bir metr 73 santimetr, Neftçalada isə bir metr 18 santimetr aşağı düşüb.

Bildirilib ki, ölkə ərazisində hava şətaitinin yağmursuz keçməsi, eyni zamanda, tempraturun yüksək olması ilə əlaqədar suyun səthində buxarlanmanın çox olması və suya olan təlabatın artması azalmanı surətləndirib.

Qeyd edək ki, çayda suyun azalması kənd təsərrüfatı sahələrinin suvarılmasına da öz mənfi təsirini göstərib. Azalmanın təsirindən sahilboyu quraşdırılmış su nasos stansiyaları tam gücü ilə işləyə bilmir.