
Kürdəmir rayonunun Sor-Sor kənd sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sor-Sor kənd sakini Mahir Məmmədovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.
Anar
Gununsesi.info











