Kürdəmirdə avtomobil yandı, sürücü öldü

  • By admin
  • 04 İyul 2016 13:12

masin-1

 

Hadisə Kürdəmir -İmişli yolunun Kürdəmir rayonunun Atakişili kəndindən keçən hissəsində baş verib.

Gununsesi.info xəbər verir ki,  rayon sakini 52 yaşlı Əli Qaraşov idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə İmişli rayonu istiqamətində hərəkətdə olarkən qəfildən maşının mühərrik hissəsində güclü yanğın baş verib. Qısa müddətdə yanğın bütün maşını əhatə edib. Nəticədə sürücü ilə bərabər maşın və yol kənarında 3 kvadratmetr otluq ərazi də yanıb. Sürücü Əli Qafarov təcili olaraq ağır yanıq xəsarəti ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Oradan da Bakıya göndərilən yaralı xəstəxanada dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun daha geniş ərazini əhatə etməsinin qarşısı alınıb.Fakt araşdırılır.

 

masin

Gununsesi.info