Kürdəmirdə iki minik avtomobili toqquşub, xəsarət alan var

  • Müəllif: admin
  • 06 İyun 2018 20:34

 

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nin  xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayonunun Ərəbxana kənd sakini, 1979-cı il təvəllüdlü İlhamiz Əlabbas oğlu Vəliyevin idarə etdiyi “QAZ-31” markalı minik maşını ilə 1995-ci il təvəllüdlü Orxan Hafiz oğlu Fərəclinin idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub.

Nəticədə sürücü O. Fərəcli müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info