Kürdəmirdə yanan binadan 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edildi

  • By admin
  • 05 Yanvar 2019 18:03

Kürdəmirdə rayonunda yanğın qeydə alınıb.

“Gununsesi.org” un FHN-ə istinadən məlumatına görə, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan 4 otaqlı mənzilin 1 otağının tavanı 15 m² sahədə və çardağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.