Kürdəmirin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

  • By admin
  • 09 Avqust 2016 17:24

qaz

Avqustun 10-da saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Kürdəmir” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işləri aparılan müddətdə Kürdəmir rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə Gununsesi.info-ya SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Gununsesi.info