Kürd lider buna görə peşman olacaq – Ərdoğan

  • By admin
  • 06 İyul 2017 21:42

erdogan
Şimali İraqın referendum qərarı doğru deyil.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan “Frans 24”ə açıqlamasında deyib.

O, Bərzaninin bu qərara görə peşman olacağını bildirib:

“Türkiyədə belə bir referendum keçirilə bilməz. Harada ola bilər ki? Türkiyədə belə bir addım atmaq istəyənlər indi bədəlini çox ağır şəkildə ödəyirlər. Ölkəmizin unitar sistemini heç kimin zədələməyə nə gücü, nə də imkanı çatar. Bu gün cənubda və cənub-şərqdə bu kimi problem mövcud deyil”.

Gununsesi.info