Kurikulum bölgələrdə niyə effekt vermir?

  • By admin
  • 02 İyun 2016 09:01

kur

Azərbaycanın qədim dövlət olmasına baxmayara,  tariximizin daha dəqiq araşdırılmasında və öyrənilməsində zaman-zaman problemlər yaşanmışdır.Buna səbəb vətən ərazisinin bir çox qədim və orta əsrlərdə mövcud olmuş hegemon dövlətlərin istila və yürüşlərinə məruz qalması ilə səciyyələndirmək olar.Dövlət dəftərxanalarının məhv edilməsi,bir çox tarixçi və səyyahların tərəfli mövqe tutmaları tarixdəki ziddiyyətləri artırır. 1920 –ci il istilasından sonra SSRİ hakimiyyətinin manqurtlaşdırma siyasətinin nəticəsi olaraq bir çox maddi və yazılı mənbələrin məhv edilməsi bu problemin daha qabarıq şəkildə nəzərə çarpmasına şərait yaratdı .belə ki sovetlər dövründə Azərbaycan tarixi dərsliklərində əsla Azərbaycanın qədim dövrü barədə məlumat verilmir,Azərbaycanın inqilab ərəfəsindəki dövrü cəmi iki ,ya da üç aztutumlu dərsliklərdə tədris edilir,yerdə qalan boşluğu isə “SSRİ Tarixi”adlı qalın bir kitab doldururdu. 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının bərpası həm də tarixin daha dərindən öyrənilməsinə,orta və ali məktəblərdə geniş tədrisinə imkan verdi.Orta məktəblərdə vətən tarixinin öyrənilməsinə xüsusi diqqət yetirildi.Müstəqilliyin qazanılmasından bizi nə az, nə çox düz 25 il ayırır. Bu müddət ərzində orta məktəb kitabxanaları rəngarəng tarix dərslikləri ilə dolub boşlmışdır.Büdcədən bu dərsliklərin çapı üçün yetərincə maliyyə vəsaiti ayrılmışdır 2006-cı ildə “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilmişdir. Ümumi təhsilin fənn kurikulumları Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiqlənmiş, pedaqoji ictimaiyyətin istifadəsinə verilmişdir. Artıq orta məktəblərdə ilk kurikulumla dərs keçən şagirdlər VIII sinfi bitirmək üzrədir .Bu müddət ərzində tarix fənninin tədrisində xüsusi çatışmazlıqların olması diqqətdən yayınmır. Azərbaycan RespublikasıTəhsil Nazirliyinin 29.07.2013-cü il tarixli əmri ilə təsdiq edilmiş tarix dərsliklərində çatışmazlıqlar vardır.Beləki,VI,VII,VIII siniflərdə şagirdlərə təqdim olunan mövzularda çox səthilik nəzərə çarpır.Məsələn:əgər ənənəvi təlim üsulu iləkeçilən dərsliklərdə “Azərbaycan Monqolların hakimiyyəti dövründə”,”Səfəvilər dövləti”,”Azərbaycan xanlıqları” mövzularına 5,6,10 paraqraf ayrılırdısa indi mövzular qısaldılıb və bir çox mühüm hadisələrin xronologiyası dərsliklərdə verilməyib.VI siniflərdə İbtidai İcma Quruluşu və qədim dövlətlər çox qısaldılıb,əkinçilik ayrı dövr kimi verilib. Demək olar ki Orta əsr Azərbaycan tarixinin bir neçə mövzusu VI sinif dərsliyə yerləşdirilib. Kurikulumun mərkəz məktəblərində uğurla tətbiq olunduğu,nəticələrin yüksək olunduğu deyilsə də bunu heç də rayonlardakı kənd məktəblərinə şamil etmək olmaz.Çünki ucqar kəndlərdə bu təlimlə tarixin tədrisi nəinki çətindir,hətta bəzən mümkünsüzdür.Bir çox məktəblər yeni tikilməsinə baxmayaraq hətta orada belə dərslərin qurulması üçün texniki avadanlıq çatışmazlığı nəzərə çarpır.Prayektorların olmaması,internetə çıxışın mümkünsüzlüyü vəziyyəti ağırlaşdırır.Əyani vəsait çeşidsizliyi bütün gücün müəllimin üzərinə düşməsinə səbəb olur.Təbiiki,burada müəllim bütün bacarıq və istedadını ortaya qoyaraq ancaq nəyisə şagirdə öyrətməyə çalışmalıdır ki, Tarixqarşısında kı şagirdin beyninə daşüzərində çizilən yazı kimi həkk olunsun. Buna görə də əminliklə qeyd edə bilərik ki,əksər məktəblərdə Kurikulumla dərsin keçirilməsi ancaq KSQ (Kiçik summativ Qiymətləndirmə)və BSQ (Böyük Summativ Qiymətləndirmə ) ilə məhdudlaşır.Bunun qarşısını almaq üçün Təhsil Nazirliyinin qarşısında kurikuma uyğun yeni test banklarının tərtib edilməsi,dərsliklərdə öz əksini tapan mövzulara uyğun sinifdənxaric oxu kitablarının nəşri və çeşidli əyani vəsaitlərin hazırlanaraq istifadəyə verilməsi kimi mühüm vəzifələr durur.O zaman toplumu Respublika gününü xatırlamayan vətəndaşlardan xilas etmək mümkün olacaq.

Pərvin Abışova