“Polat Alemdar” Gununsesi.info-ya danışdı- "BİR MİLLƏT İKİ DÖVLƏT" ŞÜARINA SADİQƏM

“Polat Alemdar” Gununsesi.info-ya danışdı

Azərbaycan tamaşaçısının sevimlisi və hər serialını səbrsizliklə özlədiyi  “Kurtlar vadisi-Pusu” filmindən Polad Ələmdar kimi tanıdığı, məşhur Türkiyəli aktyor Necati Şaşmaz  Xocalı soyqrımın 26-cı ildönümü ilə əlaqədar keçirilən “Xocalıya ədalət” aksiyalara qoşulub.
Necati Şaşmaz Xocalı soyqrımına dəstəklə bağlı Gununsesi.info-nun sorğusunu cavablandırıb.
Məşhur Türk  aktyoru  bir daha ‘‘“Bir millət, iki dövlət” şüarına sadiqəm,  qardaşın sevinci-sevincim, kədəri kədərimdir prinsipinə əsaslanaraq,  azərbaycanlılara öz dəstəyimi və həmrəyliyimi nümayiş etdirirəm” deyib.
 N. Şaşmaz Xocalı soyqrımını insanlığa qarşı  ən dəhşətli cinayətlərdən biri hesab edərək, onun günahkarlarının cəzalandrılmasını və tezliklə ədalətin bərpa olunacağı ümidindədir. O hər zaman Türk xalqının və dövlətinin Azərbaycanın yanında olcağını vurğulayıb: “Biz hər zaman Sizin yanınızdayıq və bundan sonra da olacağıq. Pis gündə qardaşın acısını bölüşüb, ona dəstək verəcək, sevincli günündə də həmişə yanında olacağıq.  Tezliklə  işğal altında olan  Azərbaycan torpaqlarının işğaldan azad olunmasını,  Xocalı soyqırımını törədənlərin isə ədalət məhkəməsi önündə cavab verməsini istəyirik”.
Mürtəza
Gununsesi.info

COMMENTS