
Küveytin “Jazeera Airways” aviaşirkəti gələn aydan Bakıya müntəzəm uçuşlara başlayacaq.
APA xəbər verir ki, aviaşirkət iyunun 23-dən etibarən həftədə 2 dəfə – bazar ertəsi və cümə günləri Əl-Küveytdən birbaşa Bakıya uçuşlar yerinə yetirəcək.
“Bakı turizmin inkişafı istiqamətində ciddi addımlar atır. Bakıya yerinə yetiriləcək uçuşlar müştərilərimizin tələbidir və bu addım yeni istiqamətlərin ekspansiyası baxımından vacibdir”, – deyə şirkətin baş icraçı direktoru Rohit Ramaçandran bildirib.
Gununsesi.info