Küveytin şahzadəsi edam olundu

  • By admin
  • 25 Yanvar 2017 17:49
kuvayt
Küveytdə hakim Əl-Sabah ailəsinin üzvü olan şahzadə Feysəl Abdulla əl-Caber barəsində çıxarılan edam hökmü icra olunub.
Gununsesi.info Küveytin KUNA mətbu orqanına istinadən xəbər verir ki, şahzadə Feysəl Abdulla əl-Caber barədə edam hökmü  “düşünülmüş”  surətdə öz  bacısı oğlu şahzadə Basel Salema Sabah əl-Salemi  qətlə yetirdiyi üçün çıxarılıb.
Birləşmiş Ərəb Əmirliyində çap olunan “Khaleej Times” qəzeti yazır ki, şahzadə Feysəl barədə ölüm hökmü 2011-ci ilin oktyabrında çıxarılıb.
Şahzadə Küveytin hərbi kəşfiyyat ordusunda  kapitan rütbəsində xidmət edən bacısı oğlu Baseli güllə ilə öldürüb. O zaman  əmirlik Baselin hakimiyyətdə vəzifə tutmadığı barədə məlumatı təkzib edib.
“Reuters” isə yazır ki, Feysəlin edamı Küveytdə yüksəkçinli məmurlar arasında birinci hadisə hesab olunur.
Mətbu orqanı yazır ki, Feysəllə yanaşı daha 5 nəfər barəsində edam olunub. Onlardan 3-ü kişi, 2-si isə qadın olub. Onlar Banqladeş, Misir, Filippin və Efiopiya vətədnaşları olub.
Bu şəxslər Küveytdə təhlükəli cianyətlərdə ittiham olunaraq edam ediliblər.
Qeyd edək ki, bundan öncə 2016-ci ilin oktyabrında Səudiyyə Ərəbistanın  şahzadəsi Turki bin Saud əl-Kabir Ər-Riyadda  kütləvi dava zamanı gənc oğlanı öldürdüyünə görə edam olunub.
Gununsesi.info