
Kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şağlaküçə kənd sakini Zeytulla Nuriyevin evinin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info









