Lənkəran və Lerik rayonlarının sərhədində yanğın olub - FOTOLAR

  • By admin
  • 20 İyul 2017 15:06

lenkeran-ve-lerik-rayonlari-serhedinde-yangin

Lənkəran və Lerik rayonlarının sərhədində yerləşən bələdiyyə torpağında yanğın olub.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Lənkəran-Lerik yolunun 20-ci km-də qeydə alınıb.

Ərazidə kol-kos və iri gövdəli ağaclar yanıb.

Hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və və xeyli sayda canlı qüvvəsi, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Alovun Hirkan Milli Parkına keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

lenkeran-ve-lerik-rayonlari-serhedinde-yangin-2 lenkeran-ve-lerik-rayonlari-serhedinde-yangin-1

Gununsesi.info