Lənkəranda 1 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət aldı

  • By admin
  • 19 İyul 2017 21:23

ambul

Lənkəranda 1 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Lənkəran şəhəri ərazisində qeydə alınıb.

Şəhər sakini, 1 yaşlı Rəhman Kamran oğlu Babayev binanın həyətində yelləncəkdən yıxılaraq ağır xəsarət alıb.

Yaralı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Gununsesi.info