Lənkəranda sürücü 72 yaşlı kişini avtomobillə vuraraq öldürdü   - Eksklüziv (FOTOLAR)

  • By admin
  • 27 İyun 2016 12:09

6dea84fa-dfdd-4d26-a42b-20b7b6c4aba7

 

 

Lənkəranda piyadanın vurulması ilə nəticələnın yol-qəza hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 72 yaşlı ahıl kişinin xəsarətləri ağır olduğundan xəstəxanaya aparılarkən dünyasını dəyişib. Hadisə Ələt-Astara magistral yolunun Lənkəran rayonu Digah kəndi ərazisinən keçən hissəsində qeydə alınıb. Belə ki, 33 yaşlı Lənkəran şəhər Göyşaban kənd sakini  Samir Əlihüseyn oğlu  Ağayevin idarə etdiyi  “VAZ-2107”   markalı avtomobil yolu keçmək istəyən Bərdə rayon sakini  72 yaşlı  Qurban  Yelmar oğlu  Abbasov  vurub.

Müxtəlif dərəcəli  bədən xəsarətləri alan yaralı dərhal sürücü tərəfinən  Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılarkən  yoldaca dünyasını dəyişib. Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Qəzanın piyadanın və yaxud sürücünün səhvi ucbatından baş verdiyi dəqiqləşdirilir. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

 

023edbcd-c628-4e76-9bdc-a54fcecfaeb2

 

ebf1e1a9-5a79-4f99-b124-d75ec59871be

 

Gununsesi.info