Lənkəranda ağır yol qəzası baş verib - FOTO

  • By admin
  • 10 Oktyabr 2016 10:10

qeza1

Lənkəranda yol qəza hadisəsi baş verib. 

Gununsesi.info xəbər verir ki, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi rayonun Boladi kəndi ərazisində istifadəyə verilməyən tikintisi davam edən  ipək yolunda qeydə alınıb. Belə ki, vBakı şəhər sakini, 34 yaşlı Zaur Seyfulla oğlu Fərziyevin idarə etdiyi  Mercedes  markalı minik avtomobili hərəkətdə olarkən yolun ortasına tökülən qum topasına çırpılıb. Nəticədə avtomobildə olan sürücünün yaxınları Bakı sakinləri, 84 yaşlı  Humayə Əlibala qızı Fərziyeva və onun oğlu, 66 yaşlı  Xeyrulla Eynulla oğlu Fərziyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanansına yerləşdirilib.  İlkin müayinə zamanı yaralılara  sol bazu sümüyünün sınığı, kəllə-beyin travması, sağ qabırğasının sınığı diaqnozu qoyulub. Onlara ilkin tibbi yardım  göstərilərək travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəsarət alanlardan  Humayə Fərziyevanın vəziyyəti daha ağır qiymətləndirib. İlkin versiya kimi qəzanın avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Qəzanın dəqiq səbəbləri təyin olunan avtoekspertizanın rəyindən sonr məlum olacaq.

Faktla bağlı  araşdırma aparılır.

qeza

Gununsesi.info