Lənkəranda kütləvi dava baş verib - KİŞİ BEŞBARMAQLA DÖYÜLÜB

  • By admin
  • 02 Mart 2018 08:10

Lənkəran rayonunun “Mikrorayon” adlanan ərazisində kütləvi dava olub.

Gununsesi.info xəbər verir ki, dava zamanı Digah kənd sakini 1981-ci il təvəllüdlü Raqib Eldar oğlu Ramazanov beşbarmaqla döyülüb. Yaralı kürək nahiyəsindən aldığı xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdirilib.

R.Ramazanovun dediyinə görə, onu tanıdığı şəxslər döyüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info