Lənkəranda üç yaşlı uşaq binadan yıxıldı

  • Müəllif: Firuzə
  • 14 Sentyabr 2026 20:18

Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb.

Gununsesi.info  “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Paşa Təhməzov küçəsi 6 ünvanında qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü A.Allahverdiyev ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb. Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info