Lənkərandakı məşhur qala… -FOTOLAR

  • By admin
  • 13 Mart 2021 18:13

Lənkəranda Dairəvi qalanın ağır vəziyyətdə olması ilə bağlı dəfələrlə mediada məlumat yayılıb.

Gununsesi.info  xəbər verir ki, bu dəfə tanınmış jurnalist Azər Qərib Lənkərandakı Dairəvi qalanın vəziyyətini gündəmə gətirib.

O qeyd edib ki, XVIII əsrə aid qalanın vəziyyəti acınacaqlıdır, tarixi tikili baxımsızlıq ucbatından dağılmaq təhlükəsi ilə üz-üzədir.

A.Qərib Mədəniyət Nazirliyi və Lənkəranın İcra Hakimiyətini məsələyə diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, Dairəvi qalaya xalq arasında Zindan da deyirlər. Bura Lənkəran qalasının bürclərindən biri olub və buradan qədim qalanın bu gün Mayak adlanan bürcünə daxili tunel gedib.

Deyilənlərə görə, 30 ilə yaxın SSRİ-ni idarə etmiş İosif Stalin də burada zindana atılıb, daha sonra Bayıl həbsxanasına aparılıb.

Gununsesi.info