Laçın nəzarətimizdədir!- General Prezidentə məruzə etdi - VİDEO

Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağı ucaldılıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Ordusu şəhərə yerləşib. Bu gün Laçın şəhərinin mərkəzindən Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub.

“Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın dövlət bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır”, – deyə Ordu Korpusunun komandiri, general-mayor Kənan Seyidov məruzə edib.

Gununsesi.info