Baş Prokurorluğunun dövlətlərarası axtarışa verdiyi Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası milli prosedurlar çərçivəsində həll edilməlidir.
Gununsesi.info bunu Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.
B.Muradova qeyd edib ki, Azərbaycanın qoşulduğu müxtəlif müqavilələr var: “Azərbaycan da onların şərtlərinə uyğun olaraq, bu tələbi irəli sürüb. Qarşı tərəf də bunu dəyərləndirməlidir. Başqa ölkələrdən və dairələrdən səslənən fikirlər isə yalnız onların şəxsi fikirləri ola bilər. Digər tərəfdən, bu məsələyə ikili standartlardan yanaşma kimi qəbul edilə bilər. Çünki necə ola bilər ki, uyğun hərəkəti törədən başqa birinə qarşı başqa bir ölkədə öz maraqları çərçivəsində başqa münasibət bildirilsin, Azərbaycanla bağlı isə başqa münasibət bildirilsin. Burada selektiv yanaşmanın olduğu görünür ki, bu da hüquqla bir araya sığmayan bir məsələdir. Burada bir daha hüquqi nihilizmin şahidi oluruq”.
Mürtəza
Gununsesi.info










