Las-Veqasda kazinolar bağlanır

  • By admin
  • 18 Mart 2020 09:14

ABŞ-ın Nevada ştatında koronavirusun yayılması səbəbindən Las-Veqas kazinoları daxil olmaqla, bütün əyləncə müəssisələri bağlanır.

Gununsesi.org “RİA Novosti”yə istinadən bildirir ki, bunu ştatın qubernatoru Stiv Sisolak açıqlayıb.

“Hər bir oyun aparatı söndürülməlidir”, – siyasətçi deyib.  

Bu addım ABŞ-da koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə atılıb.

Xatırladaq ki, daha əvvəl ABŞ-da koronavirusa yoluxanların sayının 5 mini ötdüyü, azı 100 nəfərin öldüyü barədə xəbər verilirdi.

Gununsesi.org