Lavrov Azərbaycana gələcək

  • By admin
  • 29 Aprel 2021 17:47

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 10-11-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Gununsesi.info xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

S.Lavrov səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq.

M.Zaxarova onu da bildirib ki, Rusiyanın XİN başçısı mayın 5-6-da Yerevanda səfərdə olacaq.