Lavrov Obamaya görə iclasa piyada getməli oldu -Foto

  • By admin
  • 20 Sentyabr 2016 22:53

 ukraine-crisis-ceasfire-lavrov

Rusiya nümayəndə heyətinə BMT Baş Assambleyasının 71-ci sessiyasında başçılıq edən xarici işlər naziri Sergey Lavrov yoldakı tıxaclara görə Birləşmiş Millətlər Təşkilatının qərargahına piyada getməli olub.

Bu barədə öz Facebook səhifəsində RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Rusiya xarici işlər nazirliyinin mətbuat katibi bildirib ki, BMT-nin qərargahının yaxınlığında Manhetten rayonunda yolları prezident Barak Obamanın gəlişinə görə bağlayıblar.

“Lavrov tıxacda gözləmək istəməyib və piyada yola düşüb”, – o əlavə edib.

lavrov

Gununsesi.info