Lavrov Sərkisyanla Dağlıq Qarabağı müzakirə edəcək

  • By admin
  • 19 Noyabr 2017 14:20


Rusiya xarici işlər naziri Sergey Lavrov 20-21 noyabr tarixlərində Ermənistana səfər çərçivəsində bu ölkənin xarici işlər naziri və prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, S. Lavrov İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan və prezident Serj Sərkisyanla görüşəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlıq, müxtəlif təşkilatlarda və beynəlxalq forumlarda birgə fəaliyyət müzakirə ediləcək. Rusiya XİN rəhbəri görüşlərdə regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini də müzakirə edəcək.

Səfər çərçivəsində Rusiya və Ermənistan xarici siyasət idarələri arasında 2018-2019-cu illər üçün məsləhətləşmə planının da imzalanması gözlənilir.

Gununsesi.info