Lavrov Şimali Koreyaya səfər edəcək

  • Müəllif: admin
  • 30 May 2018 11:28

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 31-də Şimali Koreyaya səfər edəcək.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə Rusiya XİN-in saytında məlumat yerləşdirilib.

S. Lavrov səfər zamanı ikitərəfli münasibətləri, Koreya yarımadası ətrafındakı vəziyyəti və digər beynəlxalq problemləri müzakirə edəcək.