Lavrovdan “Rusiyasız yeni dünya nizamı” bəyanatına - REAKSİYA

“NATO və Avropa Ukraynanın çaldığına oynayır”.

Gununsesi.info  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Dünən Avropa ictimaiyyəti toplandı. Bu, prezident Makronun təşəbbüsü idi. Borrel qürurla elan etdi ki, Rusiyanın iştirakı olmadan təhlükəsizlik sisteminin formalaşdırılması prosesi gedir. Ümumiyyətlə, onlar sadəcə olaraq Kiyevin çaldığına oynayırlar və orada hələ də hakimiyyətdə olanların sərsəm fantaziyalarını təşviq edirlər”, – Lavrov bildirib.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin dünən Praqada keçirilən sammitinin mesajı Rusiyasız yeni dünya nizamının qurulması idi.

Gununsesi.info