Lavrovun açıqlaması İsraili qəzəbləndirdi – Nazir siyasi böhrana səbəb oldu

  • By admin
  • 19 Yanvar 2023 23:13

Rusiyanın XİN başçısı Sergey Lavrov bir çox çıxışı ilə mətbuatın gnüdəmində yer alır.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 8 ay öncə Hitlerin yəhudi olduğunu önə sürərək İsraillə böhranın yaranmasına səbəb olan nazir daha bir skandal açıqlaması ilə tarixə düşüb.

Bundan sonra isə həm İsrail XİN-dən, həm də Amerikadan raket sürəti ilə cavab gəlib. Rusiyanın Baş diplomatının qurduğu cümlə İsraili ayağa qaldırıb.

Rusiya rəsmisi ölkəsinin sanksiyalar bombardımanına tutulmasını “Holokost” zamanı Avropada əyhudilərin öldürülməsi ilə müqayisə etdi. Üstəlik, Amerikanın Ukraynaya silah göndərməsini 6 milyon yəhudini öldürən Hitlerin fəaliyyətləri ilə müqayisələndirdi.

Amerikanın Avropa ölkələri ilə qurduğu birlik vasitəsi ilə ölkəsinə qarşı savaş apardığını irəli sürərək Lavrov bunları deyib:

“Bu anda yaşadığımız durum illər öncə Napoleonun bütün Avropanı Rusiya İmperiyasına qarşı qızışdırması kimidir. Eynən İkinci Dünya Savaşında Hitlerin Avropa ölkələrini işğal edib, ələ keçirməsi kimidir. İndi isə Amerika Rusiyaya qarşı Avropa ölkələrinin içində olduğu koalisiya qurub. Qərbli siyasətçilər Hitlerin yəhudilərə etdiyini Ukrayna üzərindən Rusiyaya etmək istəyir”

 

Lavrova bu açıqlamadan sonra İsraildən dərhal cavab gəlib. XİN tərəfindən yazılı açıqlamada hazırkı gündəmin “Hitlerin yəhudiləri yox etməsi” ilə müqayisələndirilməsi qınandı.

Avropadakı yəhudi konqresi də Sergey Lavrovun bu açıqlamasını qınayan açıqlama verib.

Amerika isə Rusiya siyasətçisinə Con Kirbi ilə “Bunu söyləməyə necə cəsarət edər. Başlatdıqları müharibəni demirəm hələ”, – deyə cavab verib.

 

Öncə nələr olmuşdu?

2022-ci ilin mayında İtaliya televiziyasına verdiyi açıqlamasında Ukraynaya hücum səbəbini bu ölkəni “nasistlərdən təmizləmə” ilə əlaqələndirən Lavrov ona bunun necə mümkün ola bilməsi ilə bağlı suala isə belə cavab vermişdi:
“Yanıla bilərəm, ancaq Hitler də yəhudi idi. Ukrayna Prezidenti Zelenskinin yəhudi olması qətiyyən heç bir şey ifadə etmir. Ən böyük yəhudi əleyhdarlığının yəhudilər olduğu söylənilir”.
Həmin zaman reportajın yayımlanması ilə sanki şimşək çaxdı. İsrail Rusiyanın səfirini XİN-ə çağırdı, Yair Lapid Lavrovun bu sözlərinin “bağışlanılmaz” olduğunu söylədi.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info