Lenin prezident oldu…

  • By admin
  • 03 Aprel 2017 09:58

lenin moreno

Ekvadorda keçirilən ikinci tur prezident seçkilərində solçu “Alyans PAİS” partiyasının namizədi Lenin Moreno qalib gəlib.

Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bülletenlərin 94 faizinin hesablanmasından sonra hakim partiyanın nümayəndəsi  51,07% səs toplayıb.

Onun rəqibi, sağ qüvvələrin vahid namizədi Qilyermo Lassoya seçicilərin 48,93%-i səs verib. Son məlumata əsasən, Q.Lasso səslərin yenidən sayılmasını tələb edib.

Gununsesi.info