Lerikdə avtomobil dərəyə aşıb – İki ölü, iki yaralı var

  • By admin
  • 19 Avqust 2017 17:18

baki-qazax-yolunda-qeza-20052017jpg
Lənkəran-Lerik yolunun 24-cü km-də “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq, aşıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, avtoqəzada iki nəfər ölüb, iki nəfər xəsarət alıb. Ölənlərdən biri qadındır.

Hadisədə xəsarət alan iki nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda zərərçəkənlərin kimliyi müəyyənləşdirilir.

İlkin məlumata görə, qəzaya uğrayanlardan ikisi Lənkəran sakini, digər ikisi Rusiya vətəndaşıdır.

Gununsesi.info