
Lerik rayonunda qohumlarını bıçaqlayan şəxs saxlanılıb.
Gununsesi.info-nun DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da Lerik rayonunun Hamarmeşə kəndində yaşayan Bahadır Nəhmətovun evinin həyətində qohumu Ramil Hüseynov münaqişə zəminində ona və qızı Ülviyyəyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.
R. Hüseynov Lerik RPŞ-nin əməkdaşları tərəfindən yaxalanıb. Hadisədən sonra qollarına bıçaqla xəsarət yetirdiyindən ona Lerik Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info












