Leyla Əliyeva “Qarabağ”ın tarixi uğurundan yazdı - "TƏBRİKLƏR, "QARABAĞ"! İRƏLİ!"(FOTO)

  • By admin
  • 24 Avqust 2017 09:16
leyla
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva “Qarabağ” klubunu təbrik edib.
Gununsesi.info-nun məlumatına görə, Leyla Əliyeva tarixi nəticə əldə edən təmsilçimizə uğurlar arzulayıb və bunları yazıb:
“Təbriklər, “Qarabağ”! Irəli!”
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinə təmsilçimiz “Qarabağ” həlledici qarşılaşmaya çıxıb. Qurban Qurbanovun komandası səfərdə “Kopenhagen”in qonağı olub. Qarşılaşmadan 2:1 hesabı ilə uduzan Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığı üçün turu keçən komanda oldu. “Qarabağ” növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşdü. 
Gununsesi.info