Leyla Şıxlıniskayaya cinayət işi açılması təsdiqləndi -ÖZÜMÜZ MEDİANIN İŞTİRAKI OLMADAN HƏLL EDƏCƏYİK

  • Müəllif: admin
  • 01 Noyabr 2017 10:08

Xəbər verdiyimiz kimi xalq artisti Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikaya qarşı cinayət işi açılıb. Buna səbəb isə klinikanın iki milyondan çox vergidən yayınmasıdır.

Məlumatda bilirilir ki, Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsilə cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaqın davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Gununsesi.info-nun əməkdaşı xəbərlə bağlı Leyla Şıxlıniskayanın öz mövqeyini öyrənmək üçün ona telefon açıb. Lakin özünü köməkçi kimi təqdim edən xanım bu məsələnin mediada müzakirə olunmasının əleyhinə olduğunu bildirib:

“Bizim klinika ölkədə sözünü demiş klinikadır. Hansısa məsələ varsa özümüz həll edəcəyik. Bu barədə mediaya hansısa açıqlama vermək niyyətimiz yoxdur”.

Gununsesi.info