“Leyli və Məcnun” Türkiyə türkcəsində nəşr olundu

  • Müəllif: Firuzə
  • 10 Dekabr 2025 12:51

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Türkiyə türkcəsində nəşr olunub.

Bu barədə Gununsesi.info-ya Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Məlumata görə, əsərin orijinaldan Türkiyə türkcəsinə tərcüməsi Türkiyənin Atatürk Universitetinin professoru, tanınmış tərcüməçi Nimet Yıldırım tərəfindən həyata keçirilib.

Yeni nəşr 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təqdim olunacaq.

Qeyd edək ki, klassik Azərbaycan ədəbi irsinin təbliği məqsədilə indiyədək “İsgəndərnamə” və “Sirlər Xəzinəsi” əsərləri də Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunub.

Gununsesi.info