
Hindistanın şimal və şərq bölgələrində son bir neçə gün ərzində yağan leysan yağışları 70-dən çox insanın həyatına son qoyub.
Gununsesi.info-nun məlumatına görə, bu barədə TASS agentliyi xəbər yayıb. Agentliyin məlumatına görə, Assam ştatında 29 nəfər boğulub, Odişa ştatında 27 nəfər ildırım vurması nəticəsində ölüb, daha 3 nəfər Meqhalaya ştatında daşqınların qurbanı olub.
Paytaxt Dehlidə yolların çoxu bağlanıb.
Gununsesi.info