Lider TV-nin efirində şok sual: "İŞƏ GÖTÜRDÜYÜMÜZ QIZLARDAN “BAKİRƏSƏN?” SORUŞURDUQ" - VİDEO

  • Müəllif: admin
  • 25 Noyabr 2017 10:50

Lider TV-də yayımlanan “Status” verilişində prodüser Zaur Kazımovun açıqlaması müzakirələrə səbəb olub.

Gununsesi.info qafqazinfo-ya istinadən xəbər verir ki, canlı yayımda qonaq olan radio prodüserinin DJ olmaq istəyən xanımlarla bağlı fikirləri hər kəsin təəccübünə səbəb olub.

Z.Kazımov işə düzəlmək istəyən qızlara bakirəliklə bağlı sual verdiyini deyib:

“Mən əvvəllər aparıcı ilə müsahibə edəndə onlara verdiyim sual sizi şoka salacaq. Soruşurdum “bakirəsən, ya yox?” “Bakirəyəm” deyirdisə, cavab verirdim ki, bağışla, sənlə işləyə bilmərəm. Bu adam evlənməli, boşanmalı, övlad sahibi olmalıdır. Ən azı 15 ölkədə gəzməlidir, görməlidir”.

Gununsesi.info