Livan İran səfirini ölkədən çıxarır

  • Müəllif: Firuzə
  • 24 Mart 2026 19:50

Livan Xarici İşlər Nazirliyi regionda baş verən münaqişə fonunda ölkəyə təyin olunmuş İran səfiri Məhəmməd Rza Şeybaninin akkreditasiyasını ləğv edib.

Gununsesi.info  “Kommersant”a istinadən xəbər verir ki, səfir martın 29-na qədər Livanı tərk etməlidir.

Qeyd edək ki, bundan əvvəl Livan hakimiyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu Livan Hizbullah hərəkatının İsrail ərazisinə hücumlarını faktiki olaraq idarə etməkdə günahlandırmışdı.

Gununsesi.info