Livanın prezidentdi Osmanlı İmperiyasını günahlandırdı - : "TƏDBİQ ETDİKLƏRİ TERROR MİNLƏRLƏ İNSANIN ÖLÜMÜNƏ SƏBƏB OLUB"

  • By admin
  • 02 Sentyabr 2019 19:44

Livanın prezidenti Mişel Aun Livanın müstəqilliyin 100-cü ildönümü ilə əlaqədar olaraq öz tvitter hesabından Osmanlı imperiyası ilə bağlı verdiyi açıqlama sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Belə ki, Mişel Aun Osmanlı imperiyasını terroçuluqda ittiham edib. 

Gününsəsi.org Türkiyə mətbuatına istinadən xəbər verir :

“Osmanlı boyunduruğundan qurtulmaq üçün xalqımız illərlə mübarizə aparıb. Osmanlı imperiyasının yanlış siyasəti nəticəsində bu mübarizə zorakılıq, cinayət və məzhəb çəkişmələrinə çevrilib. Osmanlının livanlılara, xüsusilə də I dünya müharibəsi zamanı tətbiq etdiyi dövlət terroru, qıtlıq, işə qəbul zamanı yaradılan maneələr və zorla işlətmə minlərlə insanın ölümünə səbəb oldu. Lakin I dünya müharibəsinin bitməsilə mübariz xalqımız 1920-ci ildə azadlığına qovuşdu”- deyə tvitter hesabında qeyd edib.

Mişel Aunun sosial media hesabından etdiyi bu açıqlamaya Türkiyənin Xarici İşlər Nazirliyindən cavab gecikməyib.

Livanın prezidentini qərəzli açıqlamalarına görə qınayan Türkiyənin Xarici İşlər Naziriliyi bunları deyib:

“Prezident Aunu Livanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə Osmanlı dövləti haqqındakı verdiyi qərəzli açıqlamaya görə şiddətlı qınayır və dediklərini rədd edirik. Xarici işlər nazirimizin Livana səfərindən dərhal sonra verilən bu açıqlamanı uğursuz siyasətin göstəricisi hesab edirik. Əvvəlcə onu qeyd edək ki, Türkiyə Cümhuriyyəti Osmanlı imperiyasının mirasına sahib olmaqdan qürur duyur. Osmanlı imoeriyasının tarixində dövlət terroru olmayıb. Söylənənlərin əksinə, Osmanlı imperiyasının hakimiyyəti dövrü Yaxın Şərqdə nisbətən sabitlik illəri olub. Bu dövr fərqli din və dil sahiblərinin bir arada sülh içində yaşadığı bir dövrdür. Prezident Aunun tarixi saxtalaşdıraraq bügünki hər müsibətin günahkarı kimi Osmanlı imperiyasını görməsi çox acınacaqlı haldır”.

 

Gününsəsi.org