Liviyada silah anbarında baş verən partlayışda 29 nəfər ölüb

  • By admin
  • 22 İyun 2016 11:15

 Liviya

 

Liviyanın qərbindəki Qarabulli şəhərində yerləşən silah anbarında partlayış baş verib. Hadisə nəticəsində 29 nəfər öldüyü, 30 nəfərin isə yaralandığı bildirilir.

Gununsesi.info xəbər verir ki, bir qrup silahlı şəxs könüllülərdən ibarət dəstənin silah anbarını ələ keçirib. Hücum zamanı partlayış baş verib. Könüllülər geri çəkilərkən anbarı minaladıqları ehtimal olunur.

İnsidentlə bağlı araşdırma aparılır.  (RİA Novosti, Trend)