Lökbatandakı yanacaqdoldurma məntəqəsində öldü

  • By Admin2
  • 05 İyun 2026 12:35

Bakıda 36 yaşlı şəxs yanacaqdoldurma məntəqəsində qəfil vəfat edib.

Gununsesi.info xəbər verir ki, hadisə iyunun 4-ü saat 02 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

1990-cı il təvəllüdlü Yevlax sakini Nəsimi Oruc oğlu Süleymanovun ürək çatışmazlığından öldüyü bildirilib.

Hazırda araşdırma aparılır.

Gununsesi.info