Lombardda itən 200 min AZN-lik qızılın -''HEKAYƏSİ''

  • By admin
  • 15 Fevral 2018 15:12

Xətai rayonu ərazisində fəaliyyət göstərən lombardın sahibi Dürrə İsmayılova girov qoyulan qızıl-zinət əşyalarının mənimsənilməsinə görə məhkəmə qarşısına çıxarılıb.
Gununsesi.info xəbər verir ki, 43 yaşlı qadına 200 min dəyərində qızıl-brilyantın ələ keçirilməsinə görə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) ittihamı verilib.
İstintaq və məhkəmə dövrü üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır.

Bugünkü məhkəməyə Dürrə İsmayılovanın vəkili gəlməyib. Keçən məhkəməyə isə özü gəlməmişdi. Səbəb kimi isə səhhətində problemlər olduğunu göstərmişdi.

Zərərçəkmişlər buna etiraz ediblər. Bildiriblər ki, bu yolla prosesi uzadırlar.
Hakim də buna görə təqdirləndirilən şəxsə xəbərdarlıq edib.
Təqsirləndirilən Dürrə İsmayılova deyib ki,
zərərçəkmişlərə dəymiş zərəri ödəmək üçün evini satışa qoyub.
Dürrə İsmayılova isə Rəşad adlı tanışı tərəfindən aldadıldığını deyir. Onun sözlərinə görə, Rəşad adlı şəxsin lombardını işlətmək üçün götürüb. Rəşad müştərilərdən götürdüyü qızılları ona təhvil vermədiyinə görə ziyanı ödəyə bilmir.
Zərərçəkmişlər isə bildirir ki, Dürrə İsmayılova Rəşaddan qızılları alarkən razılıq əldə ediblər və uzun müddət də faizi ona ödəyiblər.

Gununsesi.info