London klubunun iki futbolçusunda koronavirus aşkarlandı

  • By admin
  • 28 May 2020 15:47

İngiltərənin “Fulhem” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb. 

Gununsesi.org London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, həmin oyunçular hazırda təcrid olunublar. Klub futbolçuların adlarını açıqlamayıb.

Qeyd edək ki, “Fulhem” Çempionşipdə çıxış edir. Komanda 37 turdan sonra 64 xalla üçüncü pillədə qərarlaşıb. Çempionat mart ayında koronavirus pandemiyasına görə dayandırılıb.

 

 

Gununsesi.org