London meri maaşını 10% azaltdı

  • By admin
  • 17 İyun 2020 21:06

London meri Sadiq Xan koronavirus pandemiyası fonunda şəhər büdcəsinin xərclərini azaltmaq üçün öz maaşını 10% azaldıb, həmçinin meriyada rəhbər vəzifələrdə çalışan əməkdaşların maaşlarının qaldırılmasını dayandırıb.

Gununsesi.org bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

London merinin maaşı ildə 152 734 funt sterlinq təşkil edir. Beləliklə, 2020-ci ildə Xan 15,3 min funt sterlinq az alacaq.

“COVID-19 pandemiyadan əvvəl əla formada olan London büdcəsinə dağıdıcı təsir göstərib. TFL (London nəqliyyat idarəetmə şirkəti) gəlirləri 90%-dən çox azalıb, biznes və bələdiyyə vergilərindən əldə edilən gəlirlər kəskin şəkildə düşüb”, – merin sözləri sitat gətirilir.

Sadiq Xan, həmçinin qeyd edib ki, sərt qənaət tədbirlərinin tərəfdarı deyil, amma indi xərclər azalmasa, şəhər hakimiyyəti polis, yanğınsöndürən və digər vacib xidmət əməkdaşlarının sayını azaltmalı olacaq.

 

 

Gununsesi.org