Londona uçan təyyarə təcili eniş etdi –  Terror təhlükəsi

  • By admin
  • 11 İyun 2017 23:02

teyyare

 

Londona doğru hərəkət edən bir sərnişin təyyarəsi Almaniyada təcili eniş edib.

Axar.az xəbər verir ki, buna səbəb təyyarədə olan üç sərnişinin terrorla bağlı söhbət etmələri olub.

Məlumata görə, təyyarədən düşərkən onlardan şübhəli çanta götürülüb.

31, 38 və 48 yaşında olan həmin şəxslər hazırda polis nəzarəti altındadır.

Qeyd edək ki, ötən həftə Londonda baş vermiş teraktlarda 7 nəfər ölüb, 50-yə yaxın şəxs yaralanıb.

 

Gununsesi.info