Londonda əmlak alan azərbaycanlılarla bağlı yoxlamalar başladı - ELDAR MAHMUDOV DA SİYAHIDA

  • By admin
  • 30 Sentyabr 2016 11:36

eldar1
Britaniya paytaxtının meriyası Londondakı daşınmaz əmlakın xarici investorları ilə bağlı genişmiqyaslı yoxlamaların başlandığını elan edib. Bu barədə “The Guardian”a müsahibəsində şəhərin meri Sadiq Xan bildirib.  Onun sözlərinə görə, hakimiyyət yoxlama çərçivəsində onu dəqiqləşdirmək istəyir ki, xarici investorlar London mənzil bazarının formalaşmasında hansı rolu oynayırlar.

Gununsesi.info xatırladır ki, Azərbaycanın sabiq MTN rəhbəri Eldar Mahmudovun 35 milyona Londonda mülk sahibi olması barədə rəsmi xəbər yayılmışdı. Belə ki, sabiq nazir  korrupsiya və kriminal yolu ilə əldə etdiyi kapitalın böyük hissəsini Qərbdə məhz oğlunun şirkəti vasitəsilə leqallaşdırıb.

Londonun Sent-Ceyms məhəlləsində yaşayış üçün nəzərdə tutulan tikililər çox azdır. Bu rayonda inşaat işləri aparılmır, yeni binalar tikilmir. Ona görə də Sent-Ceymsdə ev və mənzillər çox bahadır. Hətta bütün Böyük Britaniyada ən yüksək sayılır.

london

Burada yaşayış sahələri deyəndə adətən nəhəng qədim ev və malikanələr, bir də bərpa edilərək müasir mənzillərə çevrilən tarixi binalar nəzərdə tutulur.

Eldar Mahmudovun belə bir yerdə olan malikanəsi onun Avropadakı varidatının az bir qismidir.

Sabiq MTN rəhbərinin Londondakı mülkləri ilə bağlı araşdırmalar da gözlənilir. Eldar Mahmudovun “vurulmasından” sonra yerli və xarici mediada onun Avropada on milyonlarla dəyəri olan mülkləri ilə bağlı xəbərlər yayılıb.

Gununsesi.info