Londonda təhsil alan gənc: “Azərbaycan həqiqətlərinin  dünyaya çatdırılmasında Leyla Əliyevanın böyük rolu var””

  • By admin
  • 01 İyun 2016 11:39

naginagi2

Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılmasında əsas məsuliyyət ölkəmizin xaricdəki səfirlikləri ilə yanaşı həm də orada təhsil alan azərbaycanlı tələbələrin də üzərinə düşür. Sevindirici haldır ki, Böyük Britaniyada təhsil alan azərbaycanlı gənclər bu məsələdə xüsusi fəallıqları ilə seçilir.

Bu günlərdə Londonda 28 May – Respublika Günü münasibətilə təşkil olunan  tədbirdə gənc tələbələrin aktivliyi diqqətdən yayınmaylb. Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələrinin də qatıldığı mərasim  yerli medianın diqqətini çəkib.

Mərasimdə iştirak edən azərbaycanlı tələbə Nağı Nağıyev gununsesi.info-ya açıqlamasında oradakı fəaliyyətlərinə toxunub. Onun sözlərinə görə, Londonda təhsil alan tələbələrə səfirlik tərəfindən ciddi diqqət göstərilir: “Biz Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalıda baş verən qətliamın dünya ictimaiyyətinə çatdırılması üçün çalışırıq. Bunu müxtəlif tədbirlər keçirməklə, regional dərgilərə yazdığımız məqalələrlə edirik. Çalışırıq ki, dövlətimizi, onun uğurlarını da dünyaya çatdıraq. Sevindiri haldır ki, buna nail ola bilirik”.

Nağı Nağıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da Avropadakı gənclərə xüsusi diqqətinə toxundu: “Leyla xanım Avropda olarkən buradakı tələbələrlə görüşür, müzakirələr aparır, öz tövsiyyələrini verir.  Leyla Əliyevanın rəhbərliyi ilə açılan sənət qalereyası, müxtəlif layihələrin təşəbbüskarı olması da Azərbaycanı dünyada tanıtmağımız üçün bizə əlavə imkanlar verir”.

 

Gununsesi.info