Londonda yük maşını italyan şahzadəsini öldürüb

  • By admin
  • 01 Noyabr 2016 21:25

1480482472

 

Londonda qədim italyan nəslinin nümayəndəsi şahzadə Filippo Korsini yük maşınının vurması nəticəsində ölüb.

Gununsesi.info “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yük maşını velosipedlə hərəkətdə olan 21 yaşlı Korsinini vuraraq 30 metr sürüyüb. Korsini aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.

“Evening standard” nəşrinin məlumatına görə, London universitetlərindən birində təhsil alan Filippo Korsini Florensiyanın ən qədim aristokrat nəslinin nümayəndəsidir. Roma Papası XII Klimentin (Lorenso Korsini) onun əcdadı olduğu bildirilir.

 

 

Gununsesi.info