Londonu etiraz aksiyaları bürüyüb

  • By admin
  • 02 İyul 2016 23:41

lon1

Britaniya paytaxtının mərkəzində ölkənin Aİ üzvlüyündən çıxmasına etiraz edənlərin izdihamlı aksiyası keçirilib. Gununsesi.info xəbər verir ki, aksiya iştirakçıları o cümlədən “Bremain” yəni “Britania qal”, “Biz Aİ-ni sevirik!” Aİ ilə daha daha güclüyük” şüarlarını gəzdiriblər.

Bu arada Britaniyanın Aİ-dən çıxmasına səs verənlər qarşı tərəfin “isterikaya qapıldığını” deyir.

Yürüş iştirakçıları ümid edirlər ki, parlament ölkənin Avropa İttifaqından çıxmasının qarşısını ala bilər.

“Biz Brexit-in qarşısını ala bilərik /…/ Brexit qərarını yenidən nəzərdən keçirmək üçün parlamenti lazım gələn hər bir vasitə ilə təmin etməliyik ki, o müdrik qərar qəbul etsin. Necə olsa da hakimiyyət xalqa məxsusdur. Laqeydlik göstərməyib təşkilatlansaq vəziyyəti dəyişdirə bilərik”, – yürüş təşkilatçılarının Facebook səhifəsində deyilir.

23 iyunda keçirilən referendumun nəticəsinə görə seçkiyə qatılanların az qala 52 faizi Avropa İttifaqını tərk etməyə səs verib.

lon2

lon3