“Lotu Quli”nin həbs xəbəri yayıldı - İSTANBULDA ƏMƏLİYYAT

  • By admin
  • 08 Oktyabr 2018 22:40
Azərbaycanlı qanuni oğru, Lotu Quli ləqəbli Nadir Səlifov saxlanılıb.
“Gununsesi” BakuPost -a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Saytların yazdığına görə, İstanbulda keçirilən əməliyyatla saxlanılan Lotu Quli ifadə verməsi üçün polisə aparılıb.
Qeyd edək ki, Azərbaycanda uzun illər məhbəs həyatı yaşayan “Lotu Quli” azadlığa çıxdıqdan sonra Türkiyəyə köçüb.
Gununsesi.org